Avropaya narkotik tədarükündə ilk beş yer Kolumbiya, Venesuela, Portuqaliya, Ekvador və Çiliyə aid olub. Son təxminlərə görə isə Braziliya bu beşliyi ötməkdədir.
Stopnarkotik.az xarici KİV-lərə istinadla bildirir ki, Braziliyanın Santos limanı Avropaya narkotrafikdə xüsusi yer tutur.
Braziliya gömrüyünün inspektorlarının bildirdiyinə görə, Braziliya narkomafiyası tikinti texnikası kamuflyajından istifadə edərək narkotik daşıyır. İnspektor Osvaldo Dias bildirir ki, on ildən az müddətdə yerli kriminal dəstələrin dəniz yolu ilə narkotik göndərmək üçün Santos və digər limanlardan istifadə edərək, küçə narkotik satıcılarından böyük beynəlxalq oyunçulara çevrildiyini müşahidə edib.
Braziliya Avropanın aparıcı kokain tədarükçülərindən birinə çevrilərək, ölkənin transatlantik narkotik ticarətindəki rolunu elə genişləndirib ki, dünyanın narkotiklərlə mübarizə agentliklərini təəccübləndirib.
Uzun müddətdir Kolumbiya, Peru və Boliviya istehsalı olan kokain bazarı hesab edilən Braziliya narkotiklərin Avropaya əsas giriş nöqtələrindən birinə çevrilib.
Rəsmi hökuməin deidyinə görə, yerli sindikatlar Avropaya konteyner gəmilərində rekord miqdarda koks göndərərək və burada məhsulu şişirdilmiş qiymətlərlə yenidən sataraq Braziliya limanlarına sızıblar.
Stopnarkotik.az