Avropanın kokain mərkəzi İsveçrədən YENİLİK - KOKAİN SATIŞI LEQALLAŞACAQ

İsveçrə istirahət məqsədilə kokain satışına icazə verən pilot layihəni gözdən keçirir. Bu, hələ heç bir yerdə sınaqdan keçirilməmiş narkotiklərlə mübarizəyə radikal yanaşmadır.

Stopnarkotik.az xəbər verir ki, parlament bu fikri dəstəkləyib. Layihə əvvəl şəhər hökumətinin razılığından keçməlidir və onun işlək durumua gəlməsi üçün milli qanunvericiliyə dəyişikliklər tələb olunacaq.

Narkotik siyasəti bütün dünyada sürətlə dəyişir. ABŞ-ın Oreqon ştatında narkotik asılılığının müalicəsi üçün 2021-ci ildə az miqdarda kokain saxlama cinayət məsuliyyətindən azad edilib. İspaniya, İtaliya və Portuqaliya da daxil olmaqla bir çox Avropa ölkələri narkotik maddələr, o cümlədən kokain saxlamağa görə artıq həbs cəzası tətbiq etmir. Ancaq indi Berndə gözdəm keçirilən təklif heç vaxt müzakirəyə gəlməyib.

Bəzi siyasətçilər və ekspertlər narkotikə qadağanın səmərəsizliyini tənqid etdikdən sonra İsveçrə mövqeyini yenidən nəzərdən keçirir. Təklif hazırda ilkin mərhələdədir və kokainin  qanuni satışına icazə verilməsi ilə bağlı davam edən araşdırmaların ardınca müzakirəyə çıxarılacaq. “Alternativ Sol Partiyası”ndan Bern şurasının üzvü Eva Çen deyir: “Narkomaniyaya qarşı müharibə uğursuz oldu və biz yeni ideyalar axtarmalıyıq. Nəzarət və leqallaşdırma repressiyadan daha yaxşı təsir göstərə bilər”.

Çirkab suların analizinə görə, zəngin İsveçrə Avropada ən yüksək kokain istifadəsi göstəricisinə malikdir. Sürix, Bazel və Cenevrə narkotikdən qeyri-qanuni istifadəyə görə Avropanın ilk on şəhəri sırasındadır.

“Addiction Switzerland”ın rəqəmlərinə görə, Bern də daxil olmaqla İsveçrə şəhərlərində də kokain istifadəsi artır, kokainin qiymətləri isə son beş ildə iki dəfə azalıb. “Addiction Switzerland”ın açıqlamasına görə, "Hazırda İsveçrədə ən aşağı qiymətə və indiyə qədər görülən ən yüksək keyfiyyətə malik çoxlu kokain var. Bu gün təxminən bir doza kokaini 10 franka almaq olar ki, bu da pivədən bir az bahadır."

Bern Təhsil, Sosial Məsələlər və İdman İdarəsi kokainin mümkün sınağı haqda hesabat hazırlayır, baxmayaraq ki, bu onun mütləq baş verəcəyi anlamına gəlmir. “Kokain həm yeni, həm də müntəzəm istifadəçilər üçün həyati təhlükə yarada bilər. Həddindən artıq doza, eləcə də ən kiçik miqdarda kokaini belə orqanizmi götürə bilməyən fərdi istifadə ölümlə nəticələnə bilər”, – deyə Bern hökuməti bildirib.

Berndən olan millət vəkili Çen bildirib ki, pilot layihənin necə olacağını söyləmək hələ tezdir. “Biz hələ də leqallaşmadan uzağıq, lakin yeni yanaşmalar axtarmalıyıq. Ona görə də biz elmi nəzarət altında pilot layihənin tərəfdarıyıq”, deyə millət vəkili ifadə edib.

Stopnarkotik.az