Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəddində patrul missiyasını gücləndirir

"Biz Ermənistanın Azərbaycanla sərhəddində missiyamızı gücləndiririk".

Bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

Onun sözlərinə görə, missiya sərhədin həssas bölgələrində daha çox patrulla gücləndiriləcək.