Atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - BAŞ PROKURORLUQDAN AÇIQLAMA

Göyçay rayonunun Qaraxıdır kəndi ərazisində atasını öldürməkdə şübhəli bilinən Kamal Əhmədov saxlanılıb.

Stopnarkotik.az xəbər verir iki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin istintaqı aparılır.