Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul alıb.
Stopnarkotik.az xəbər verir ki, Davud Həşimov uşaqlıqdan kompüter sahəsinə marağı olduğunu bildirib.
Onun sözlərinə görə, 8-9-cu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb:
"Artıq 3 ildir ki, xarici universitetlərə hazırlaşırdım. Qəbul xəbəri alanda sevinc hissi keçirdim. Atamın ruhu qarşısında ona bir borcumu ödəmiş oldum. Bu uğuru qazandığıma görə, ən çox anama və atama borcluyam. Atam mənə bu yolu göstərib. Onun ruhunun qarşısında baş əyirəm”.
Qeyd edək ki, Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.
Ətraflı "Xəzər Xəbər”in videomaterialında: