Astarada qan töküldü: 41 yaşlı kişi bıçaqlandı - YENİLƏNİB

04.03.2025-cü il tarixində saat 09:45 radələrində Astara rayonu Şiyəkəran kəndində baş vermiş bıçaqlanma hadisəsi nəticəsində 1984-cü il təvəllüdlü 1 nəfər (kişi cinsli) qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə TƏBİB-dən bildirilib.

Zərərçəkənə zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

***10:29

Astarada bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1984-cü il təvəllüdlü Fərrux Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. F.Axundov əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.