Astarada DƏHŞƏT: 51 yaşlı kişi özünü güllələdi

Astarada dəhşətli intihar hadisəsi baş verib. 

Hadisə rayonun Pensər kəndində qeydə alınıb. 

Kənd sakini, 1973-cü il təvəllüdlü Hikmət Paşa oğlu Əliyev yaşadığı evdə ov tüfəngi ilə ürəyinə atəş açaraq özünü öldürüb.

İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. /lent.az