"Argentinada bir dəfə dənizə getdim, dövlət çevrilişi oldu" - Roma Papası

Roma Papası Fransisk maraqlı etirafı ilə yadda qalıb.

Stopnarkotik.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Roma o, TG1 kanalına müsahibəsində danışıb.

“Mən dənizi sevirəm. 1976-cı ildə dənizə getməli idim, amma deyirdilər ki, dövlət çevrilişi olacaq və çevriliş oldu. Ondan sonra dənizə getmədim. Amma dənizi sevirəm, çox xoşuma gəlir”, deyə o xatırladıb.
Qeyd edək ki, 1976-cı il martın 24-də Argentinada hakimiyyət general Xorxe Rafael Videlanın başçılıq etdiyi hərbçilər tərəfindən ələ keçirilib. Nəticədə parlament buraxılıb, komendant saatı tətbiq olunub, siyasi partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti dayandırılıb, repressiyalar başlayıb. 

İnsan haqları təşkilatlarının məlumatına görə, 1983-cü ildə sona çatan hərbi diktatura illərində Argentinada 30 min insan itkin düşüb.