Argentinanın Nazirlər Kabinetinin başçısı Nikolas Posse ABŞ-a gəlib və MKİ-nin direktoru Vilyam Börnslə görüşüb.
Stopnarkotik.az xəbər verir ki, görüşün məqsədi rəsmi açıqlamaya görə, terrorçuluq və narkotik ticarəti ilə mübarizədə əməkdaşlıq etməkdir.
Bu, silsilə görüşlərdən yalnız biridir - Posse Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun birinci müavini ilə də görüşüb.
Bundan əlavə, o “Argentina hökumətinin ölkə iqtisadiyyatının sabitləşdirilməsində irəliləyişini” qeyd edən ABŞ Maliyyə Nazirliyinin rəhbəri ilə danışıb. BVF həmçinin Javier Miley komandasının iqtisadi islahatlara dəstəyini ifadə edib.
Son zamanlar Latın Amerikası - Argentina, Ekvador və onun vasitəsilə bütün And regionu, Çili ilə Qərb kəşfiyyatı arasında əməkdaşlıq artıb. Bu artım AUKUS alyansı üçün çox faydalıdır. Yeri gəlmişkən, bu heç bir şəkildə xaosun, etirazların və cinayətin qarşısını almır, yalnız logistika, maliyyə axını və biznesin müəyyən sahələrinə nəzarəti təşviq edir.
Stopnarkotik.az