Morfinin təsirini nəyin artırdığı haqda araşdırma aparılıb. Randomizə edilmiş, plasebo-nəzarət edilən bir tədqiqat qabapentin və morfinin farmakodinamik və farmakokinetik qarşılıqlı təsirlərini araşdırıb.
Stopnarkotik.az-ın yazdığına görə, nəticələr göstərib ki, onların birgə istifadəsi morfinin ağrıkəsici təsirini əhəmiyyətli dərəcədə artırır.
Məlum olub ki, morfin (60 mq) və qabapentin (600 mq) birləşməsi ağrı həddinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Yəni bu birləşmə yüsək həddə ağrının qarşısını alır. Morfinlə qabapentin qarışığının ağrıya dözümlülük indeksi 75,5% x h, təkcə morfinin ağrının qarşısını alma indeksi isə 40,6% x saat idi. Eyni zamanda, təkcə qabapentinlə müalicə isə ağrıkəsici təsir göstərməmişdir.
Əsas odur ki, gabapentinin morfinə qarışdırılması yan təsirləri artırmayıb. Tədqiqat həmçinin müəyyən edib ki, morfin orqanizmdə qabapentinin konsentrasiyasını artırır ki, bu da absorbsiya və ifrazat səviyyəsində farmakokinetik qarşılıqlı əlaqəni göstərir.
Araşdırma göstərir ki, morfin və gabapentinin kombinasiyası şiddətli ağrılar üçün perspektivli müalicə ola bilər və sonrakı klinik sınaqlar üçün əsas ola bilər.
Stopnarkotik.az