Apteklərdə yoxlama: Nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb.

Stopnarkotik.az xəbər verir ki, yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.