Türkiyə ölkədə sığınan “Azov” döyüçülərinin Ukraynaya qaytarılmasının ölkələr arasında razılaşmanın pozmadığını Kremlə izah edib.
Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən bildirib.
“Türkiyənin razılaşmanı pozmaq niyyəti olmadığı izah edilib. Türkiyə savaşı daha da alovlandırmaq niyyəti olmayan, bəlkə də, yeganə ölkədir”, - o vurğulayıb.
Onun sözlərinə görə, “bu cür durumlarda yanlış anlaşılma olur”:
“Rusiya tərəfinə izah edilib. Gördüyünüz kimi, o gərginlik yoxdur. Peskov “Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün çalışmağa hazırıq” kimi bir açıqlama verdi”.