Ana həbsdəki oğluna telefon ötürmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş 1 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.