Almaniyada bazarda atışma: 15 yaşlı azərbaycanlı tutuldu

Almaniyada Şimal dənizində yerləşən Vesterland kurort şəhərindəki bazarda baş vermiş atışmada şübhəli bilinən Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.

Bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Məlumata görə, iyunun 3-ü səhər saatlarında Vesterland şəhərində keçirilən həftəlik bazarda atəş səsləri eşidilib. Polis hadisə yerinə çoxlu sayda əməkdaş cəlb edib.

Qəzetin yazdığına görə, atəş açan şəxs 23 yaşlı Türkiyə vətəndaşı olub. O, Vesterland dəmir yolu vağzalı yaxınlığında saxlanılıb. Hüquq-mühafizə orqanları ikinci şübhəlini də axtarıb. Bir müddət sonra həmin şəxs də tutulub. Onun şərikinin 15 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib./lent.az