Almaniya miqrantlarla bağlı hərəkətə keçir

Azad Demokratik Partiyası (FDP) başqa bir Avropa İttifaqı (Aİ) ölkəsi vasitəsilə Almaniyaya daxil olan miqrantlara ödənişlərin ləğvini təklif edir.

Bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Beləliklə, liberallar Almaniyaya qeyri-qanuni miqrasiya üçün stimulları azaltmaq niyyətindədirlər.

Avropa İttifaqında qüvvədə olan Dublin sazişinə uyğun olaraq, Aİ-nin digər üzv dövlətinin müdafiə istəyən şəxsə görə məsuliyyət daşıdığı aydın olarsa, Almaniya müəyyən şərtlər daxilində müavinətlərin səviyyəsini sıfıra endirməlidir. Dublin Razılaşması miqrantların qəbulu üçün məsuliyyəti həmin ölkənin üzərinə qoyur.

Məlumata görə, sənəd bazar ertəsi baxılmaq üçün partiya rəhbərliyinə təqdim ediləcək.

Qeyd edək ki, bu ilin yanvarından sentyabrın sonunadək Almaniyadan 233 744 nəfər sığınacaq istəyib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur. Bir çox kommunalar miqrantları yerləşdirmək, təmin və inteqrasiya etməkdə acizdir./musavat.com