Almaniya hələ ki, marixuananın leqallaşdırılmasına hazır deyil - OLAF ŞOLTSUN PARTİYASINDAN VETO

Məlum olduğu kimi, Almaniyada da marixuananın leqallaşdırılması gündəmdədir. Amma belə görünür ki, bu yöndə müzakirəyə çıxarılan qanun layihəsi hələ ki, masa üzərində qalacaq. Almaniyanın çətənəni bu il leqallaşdırmaq gündəmi təxirə salınıb. Buna səbəb, kansler Olaf Şoltsun "​​Sosial Demokrat Partiyası"nın çərşənbə axşamı günü qanunun bu il planlaşdırıldığı kimi qəbul edilməyəcəyini elan etməsi olub.
Stopnarkotik.az
xəbər verir ki, "Sosial Demokrat Partiyası", "Yaşıllar" və liberal "Azad Demokratik Partiya"ları arasında razılaşdırıldığı kimi, bu yay koalisiya üzvlərinin dekabrın ortalarında qanuna səs vermə planları artıq təxirə salınıb. "SPD" fraksiyası əvvəlcə büdcə məsələlərinə aydınlıq gətirmək istəyib. Bununla belə görünür ki, səsvermənin dayandırılması əsasən daxili gərginliyin nəticəsi olub, çünki SPD-nın bir neçə millət vəkili narahatlıqlarının nəzərə alınmadığını irəli sürdükləri üçün çətənənin leqallaşdırılması əleyhinə səs verməklə hədələbirlər.
SPD üzvü Sebastian Fiedler bazar ertəsi "Spiegel"ə verdiyi müsahibədə, "leqallaşdırmanın gizli səsverməyə qoyulmasından danışırıqsa, SPD yetərli səs verilməyəcək, o cümlədən mənim də səsim olmayacaq. Təklif olunan qanun mütəşəkkil cinayətkarlıqla bağlı heç nəyə diqqət yetirmir və əsas məqsədi əldən verir", deyə deputat bildirib. O, həmçinin ifadə edib  ki, yetkinlik yaşına çatmayanların müdafiəsi üçün şərait yetərli deyil.
Bu xəbər Almaniyanın sol mərkəzçi "Sosial Demokrat Partiyası", "Yaşıllar" və liberal "Azad Demokratik Partiya"-dan ibarət koalisiya hökumətinin gündəminə zərbə oldu. İlkin qanun 2024-cü il aprelin 1-dən böyüklər tərəfindən marixuananın fərdi becərilməsi və müəyyən miqdarda saxlanmasına, iyulun 1-dən isə sosial marixuana klubları üçün kollektiv becərilməsinə icazə verirdi.
Stopnarkotik.az