Türkiyəli alim, professor Naci Görur Türkiyənin qərbində yerləşən İstanbul vilayətində baş verə biləcək zəlzələ ilə bağlı narahatlığını bildirib.
Stopnarkotik.az xəbər verir ki, Görur İstanbulda hər an dağıdıcı 7 bal gücündə zəlzələnin baş verə biləcəyini qeyd edib və bunun İstanbulun Avropa hissəsində daha çox olduğunu qeyd edib.
Türkiyəli alimin sözlərinə görə, bir sıra amerikalı ekspertlər də oxşar mümkün zəlzələ ilə bağlı həyəcan təbili çalıb.
Onların çıxışına görə, 1999-cu ildə baş verən zəlzələlərdən sonra Mərmərədə 64% ehtimalla zəlzələ baş verə bilər.
Bundan əlavə, Görur vurğulayıb ki, yuxarıda adı çəkilən mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra da zəlzələ ehtimalı yüksək olaraq qalır və 47 faiz təşkil edir.
Professor güclü zəlzələnin baş verə biləcəyi bölgələrin adlarını qeyd edib: Silivrə, Bakırköy, Zeitinburnu və s.