Aktyor əməliyyatdan sonra iflic oldu

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.