Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək, lakin Avropanın qaz ehtiyatlarını orada saxlamaq üçün Ukraynanın qaz nəqli sistemindən, xüsusən də qaz anbarlarından istifadəni davam etdirmək niyyətindədir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.
“Avropa İttifaqı Rusiya ilə qaz tranziti sazişinin (müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq) uzadılmasında maraqlı deyil, lakin biz Ukrayna qazından və Ukraynanın qaz nəqli sistemindən, qaz üçün qaz anbarlarından istifadə imkanlarını öyrənirik. Avropa şirkətləri ötən il Ukraynanın qaz anbarlarından artıq istifadə ediblər”.