Ağsu sakini Şamaxıda 68 yaşlı kişi tərəfindən döyüldü

Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb.

Stopnarkotik.az xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.