Ağstafada 16 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Pirli kəndində baş verib.
2007-ci il təvəllüdlü Nuray Ayət qızını yaşadığı evin vanna otağında çimərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
Yeniyetmə qız xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı Ağstafa rayon Prokrorluğunda araşdırma aparılır.