Ağstafada 3 hərbçimiz dəm qazından zəhərləndi - AÇIQLAMA

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

Hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib. Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.