SDU-nun rektoru vəzifəsindən azad edildi - BU UNİVERSİTETƏ RƏHBƏR TƏYİN EDİLDİ

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla R.Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.