Putin Zelenskini Rusiya ilə bağlı qadağanı ləğv etməyə çağırdı

Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya dövlət başçısının sözlərinə görə, bunun üçün Qərb Zelenskiyə təzyiq göstərməlidir: "Kiyevin sponsorları Zelenskini məcbur etməlidir ki, o, Moskva ilə danışıqların qadağan edilməsi barədə qərarını ləğv eləsin. Çünki onun belə bir dekreti var”.

Putin əlavə edib ki, Ukrayna özü-özünə Rusiya ilə dialoq aparmağı qadağan edib, belə olan halda isə istənilən danışıqlar qeyri-legitim sayılır.