III ÇARLZ FİLMƏ ÇƏKİLİR - Premyera tarixi bəlli oldu...

Böyük Britaniya kralı III Çarlz Amerikanın “Amazon” şirkətinin striminq xidməti üçün sənədli filmə çəkilir.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “The Times” məlumat yayıb.

Bildirilib ki, film monarxın xeyriyyəçilik və ətraf mühitlə bağlı təşəbbüslərinə həsr olunacaq.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Şotlandiyanın qərbində III Çarlzın sevimli iqamətgahı olan “Dumfries House”da yanvar ayında çəkilişlərə başlanılıb və premyera gələn il üçün nəzərdə tutulub.