Tramp Meksika narkokartellərinə SAVAŞ AÇDI - Xüsusi əməliyyatlar başlayır

Ağ Ev rəhbəri Donald Tramp Meksika narkokartellərini terror təşkilatları kimi tanıyan fərman imzalayıb.

Bu barədə ABŞ müdafiə naziri Pit Heqset məlumat verib.

Onun sözlərinə görə, bu qərar sayəsində ABŞ hərbçiləri artıq Meksika ərazisində narkobaronlara qarşı xüsusi əməliyyatlar keçirmək səlahiyyətinə malikdirlər.

Pentaqon rəhbəri yaxın vaxtlarda belə əməliyyatların planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.

**

Tramp, həmçinin qeyri-qanuni miqrantlar arasından xüsusilə təhlükəli cinayətkarların saxlanılması üçün Quantanamo bazasında xüsusi düşərgə yaradılmasını əmr edib.

Pit Heqsetin sözlərinə görə, hərbi-dəniz bazası bu məqsədlər üçün ideal məkandır.

"Burada biz minlərlə, lazım gələrsə, onminlərlə insanı yerləşdirə bilərik", - deyə ABŞ müdafiə naziri vurğulayıb.

**