Yasamalda külli miqdarda narkotik vasitə məhv edildi - RƏSMİ AÇIQLAMA + AUDİO

Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasından məlumat verilib.

"Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Yasamal rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 113 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir", - deyə komissiyadan bildirilir. 

Bildirilir ki, məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

Stopnarkotik.az

**