Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Salyanda avtomobilin su kollektoruna aşması səbəbindən 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.

Stopnarkotik.az xəbər verir ki, faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün 1992-ci il təvəllüdlü Aqil Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili rayonun Seyidlər kəndi ərazisində şor su kollektoruna aşırması nəticəsində özü, sərnişinləri - 1990-cı il təvəllüdlü Nərmin İsmayılova, 2010-cu il təvəllüdlü Rza İsmayılov, 2012-ci il təvəllüdlü Hüseyn İsmayılzadə hadisə yerində ölüblər.

Avtomobildə olan 1983-cü il təvəllüdlü Elşən İsmayılov və azyaşlı 2021-ci il təvəllüdlü Ziya İsmayılov isə sağ qalıblar.