Avqustun 3-də 2016-cı il təvəllüdlü şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
“Reanimasiya şöbəsində müalicəsi davam etdirilən uşağın vəziyyəti hazırda stabil ağır qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılıb.