Ağdaşda 18 rəst at və 16 baş camış oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camış naməlum şəxslər tərəfindən oğurlanıb.
Polis əməkdaşları cinayət əməllərini törədən, əvvəllər də analoji əmələ görə məhkum olunan 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımovu saxlayıb.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.