Ağdamda yaşayış evi yanır

Ağdamda fərdi yaşayış evi yanır.

Stopnarkotik.az apa-a istinadən xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.

Kənd sakini Quliyev Malik Rəsul oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Əraziyə FHN-nin Ağdam yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışır.