Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.
Stopnarkotik.az “report”a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı
- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu
- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu
- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl
- 2006-cı il təvəllüdlü Əsədova Türkan
- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət
***10.30
Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
10:05
Ağdam rayonunun Əfətli kəndində altı nəfərin qidadan zəhərləndiyi bildirilir.
Stopnarkotik.az “report”a istinadən xəbər verir ki, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.