ADY zəlzələ ilə bağlı yol infrastrukturuna baxış keçirir

19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə Stopnarkotik.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.