Abşeronda pakistanlıların üzərinə divar aşdı: ÖLƏN VAR

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.

Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.

Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.