“Narkotik istifadə etdiyim üçün atam ürək xəstəliyi tapdı, vaxtından əvvəl rəhmətə getdi”
Əliyev Anar Şamil oğlu Bakı şəhərində anadan olub. Hazırda 43 yaşı var.
Stopnarkotik.az-a dediyinə görə, 12-13 yaşlarından spirtli içki qəbul edib. 15-16 yaşlarında isə, artıq yüngül narkotik istifadə etməyə başlayıb.
20 ilə yaxın narkotik istifadəçisi olan A.Əliyev bir neçə ildir ki, “ayıqdır”. Üstəlik, indi o, öz təcrübəsini asılılıqdan əziyyət çəkən digər insanlarla bölüşür və onların da sağalmasına, normal həyata qayıtmasına çalışır. Bu məqsədlə “Sağlam Addım” Reabilitasiya Mərkəzi açan Anar Əliyev öz komandası ilə burada həm narkotikdən və digər asılılıqlardan əziyyət çəkən qızların, həm də oğlanların müalicəsini həyata keçirir.
Onunla elə rəhbərlik etdiyi mərkəzdə görüşüb, həyat yolu və “Sağlam Addım” Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa çalışdıq. Müsahibənin birinci hissəsini 13 yanvar, saat 22:00-da izləyə bilərsiniz.
Müsahibədən sitatlar:
“Dəfələrlə ölkə dəyişsəm də, narkotikdən xilas ola bilmirdim”
“Atam deyirdi ki, mənim oğlum bu yolun yolçusu ola bilməz...”
“Narkotik istifadə etdiyim üçün atam ürək xəstəliyi tutdu, vaxtından əvvəl rəhmətə getdi”
“Ətrafımda narkoman olmayıb, gedib onları mən özüm axtarmışam”
“Dəfələrlə saxlanılmışam, 3 ilə yaxın həbsdə olmuşam”
“Narkotik istifadə etdiyim müddətdə ailə qurdum...”
““Bariqa”dan narkotik götürəndə tutuldum, 1il 2 ay həbsdə yatdım”
“Hiss edirdim ki, tutulacam, sumkamı yığıb narkoloji dispanserə gedirdim”
“İndi elə bilirəm ki, o həyatı mən yaşamamışam, tamam başqa Anar yaşayıb”
Stopnarkotik.az