Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir evdən 370 manat pul və sənəd, qəsəbə ərazisində yerləşən oyun meydançalarından birinin geyim otağından 5 nəfər şəxsin mobil telefonlarını, Xırdalan şəhərində “KamAZ” markalı avtomobildən 2 ədəd akkumulyator, Qobu qəsəbə sakini olan bir şəxsin bank kartından isə 5900 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlkin Abbasov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, İ.Abbasov Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.