ABŞERONDA ƏMƏLİYYAT - Reabilitasiya mərkəzinin rəhbəri həbs edildi / Yenilənib

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia olunur ki, hazırda bu istiqamətdə əməliyyat davam etdirilir.

Məlumata əsasən, əməliyyatı Abşeron Polis İdarəsi tərəfindən keçirilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.

Stopnarkotik.az