ABŞ-ın Meksikadakı səfirliyi “Xalisko Yeni Nəsil Karteli”nin (CJNG) 41 üzvünə qarşı cinayət ittihamı elan edib.
“Meksikadakı tərəfdaşlarımızla birlikdə Sinaloa karteli kimi dünyanın ən böyük narkotik kartellərinin rəhbərlərini cinayət məsuliyyətinə cəlb etdik və aprelin 1-də Xalisko Yeni Nəsil Karteli (CJNG) ilə əlaqəsi olan 41 nəfəri ittiham etdik”, deyə bəyanatda bildirilir.
Səfirlik həmçinin, həm Meksika, həm də Çin Xalq Respublikasının iştirak etdiyi sintetik narkotiklərin qaçaqmalçılığını dayandırmaq üçün beynəlxalq təşəbbüs nəticəsində 290-dan çox insana qarşı sanksiyalar elan edib.
Stopnarkotik.az