ABŞ və İsrail ərəb ölkələrinin iştirakı ilə Qəzzada müvəqqəti hökumətin yaradılması variantını müzakirə edirlər.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, müzakirələr ilkin mərhələdədir və Fələstin-İsrail münaqişəsindəki inkişafdan, xüsusən də İsrail qoşunlarının quru əməliyyatından asılı olacaq.
Məlumata görə, müvəqqəti hökumətin yaradılması inanılmaz dərəcədə çətin olacaq.