"ABŞ-ın bir neçə həftəsi qalıb, bundan sonra Ukraynaya kömək etmək üçün resurslar tükənəcək".
Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Təbii ki, bu məsələ bizi çox narahat edir. Bir neçə həftəmiz qalıb”, - Kirbi bildirib.
Onun sözlərinə görə, müddət bitdikdən sonra ABŞ Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərə bilməyəcək.