ABŞ əsgərləri Meksika narkokartelləri ilə döyüşə yollandı

Amerika qoşunları Meksikanın Kuliakan ştatına gəlib. Eyni zamanda Meksika ordusundan 90 xüsusi təyinatlı Sinaloa ştatına gəlib və onlarla birlikdə üstündə bayraq olan amerikan hərbi formasında döyüşçülər də görüntülənib.

Stopnarkotik.az xəbər verir ki, Amerika əsgərləri  təkcə Meksika ordusunun əsgərlərinə təlim keçməyəcək, həm də əməliyyatlarda operator – yəni döyüşləri müşayiət edən bölmələr kimi çıxış edəcəklər.

Bu, ilk belə hadisə deyil: 2023-cü ildə də Ovidio Quzmanın tutulmasından sonra amerikalılar onu Mexikoya aparmağa kömək etmişdilər.  

İndi narkokartelərin nəzarətində olan Sinaloya o qədər əsgər gəlib ki, “El Mayo” və “Los Çapitos”  arasında toqquşmalar qısa müddətə fasilə verib.

Stopnarkotik.az