ABŞ nüvə sualtı qayığını Yaxın Şərqə göndərdi

ABŞ-ın Ohayo sinfinə aid strateji nüvə sualtı qayığı Yaxın Şərqə gəlib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) öz X (Twitter) hesabında paylaşım edib.

“Ohayo sinfinə aid nüvə sualtı qayığı ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına çatıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.