ABŞ-la Azərbaycan arasında kibertəhlükəsizlik əməkdaşlığı müzakirə olunur

ABŞ-da səfərdə olan Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Nəbiyev Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri Kleyn ilə görüşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə nazir Nəbiyevin X-hesabında məlumat verilib.

Tərəflər süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı, eləcə də enerji və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət və təlim imkanlarını müzakirə ediblər. Həmçinin Amerika şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlıq münasibətlərinin qurulması və bu istiqamətdə zəruri addımlar barədə fikir mübadiləsi aparılıb. 

Stopnarkotik.az