ABŞ İranın neft qaçaqmalçılığı şəbəkəsinə sanksiyalar tətbiq edib.
Stopnarkotik.az xəbər verir ki, sanksiyalar İraqla Sent Kitts və Nevisin ikili vətəndaşlığı olan iş adamı Valid əl-Samarrai ilə əlaqəli transmilli şirkətlər və gəmilər şəbəkəsinə şamil edilir. Qeyd olunur ki, onun rəhbərlik etdiyi struktur İran neftini İraq nefti kimi qələmə verərək sanksiyalardan yayınıb və qeyri-qanuni neft nəqli edib. Məhdudiyyətlər ABŞ-dakı aktivlərin dondurulmasını və amerikalı şəxslərin onlarla iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur.
"Bugünkü tədbirlər İran rejiminin İraqda, Yaxın Şərqdə və bütün dünyada dağıdıcı, sabitliyi pozan fəaliyyətlərini həyata keçirmək üçün istifadə etdiyi gəlir axınını kəsməyə yönəlib", deyə ABŞ Dövlət Departamenti bildirib.
Stopnarkotik.az