ABŞ-nin hərbi təlimatçıları bu gün Ermənistana gediblər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ mobil təlimatçısı Ermənistana səfər edib. Müdafiə Nazirliyinin inzibati kompleksində aprelin 1-dən 5-dək təlimatçılar qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları və “Zinuj Media” dövlət qurumu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, təlimatçıları qarşılayanlar arasında Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan da olub.