ABŞ Hərbi Dəniz Qüvvələri bu gün Yaponiyanın Yokosuka şəhərində yerləşən "CVN 76 Ronald Reagan" təyyarədaşıyan gəmisinin ekipaj üzvünün narkotik istifadəsi və qaçaqmalçılığı ilə bağlı təhqiqat apardığını bildirib.
Stopnarkotik.az xəbər verir ki, qurumdan verilən rəsmi açıqlamaya görə, ABŞ Hərbi Dəniz Qüvvələri ekipajın narkotik istifadəsi və qaçaqmalçılığı ilə bağlı iddiaları araşdırır.
Yaponiya Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə zabiti Katie Cerezo bildirib ki, "Donanmanın Cinayət Axtarış Xidməti USS Ronald Reagan dənizçilərini narkotik vasitələrin qanunsuz saxlanması, istifadəsi və yayılması iddiası ilə təhqiqata cəlb edib".
Gerezo istintaqın davam etdiyini əsas gətirərək, cinayətdə iştirak edən dənizçilərin sayının və ya onların hansı narkotikləri yaymaqda şübhəli olduqlarının təfərrüatlarını açıqlamaqdan imtina edib.
Stopnarkotik.az