ABŞ Səhiyyə və Sosial Xidmətləri Departamenti Narkotiklərlə Mübarizə Agentliyini (DEA) çətənə ilə bağlı federal qaydaları yumşaltmağa çağırıb.
Stopnarkotik.az xəbər verir ki, ABŞ-ın 50 ştatından 40-da çətənənin bu və ya digər formada istifadəsini leqallaşdıran qanunlar qəbul edilməsinə baxmayaraq, narkotik maddə federal səviyyədə qeyri-qanunidir.
Hazırda çətənə heroin və LSD ilə eyni narkotik sinfinə aiddir. DEA təsnifatı dəyişdirərsə, bu, ABŞ-ın narkotik siyasətində onilliklər ərzində ən böyük dəyişikliyi gətirə bilər.
Hazırda çətənə "Nəzarət Edilən Maddələr Qanunu"na əsasən 1-ci Siyahıdakı preparat kimi təsnif edilir, yəni onun tibbi istifadəsi yoxdur və sui-istifadə üçün yüksək potensial var. Bu dəyişiklik onu asılılıq və sui-istifadə potensialı aşağı olan preparatlarla eyni səviyyəyə gətirəcək. Ketamin, anabolik steroidlər və hər dozada 90 milliqrama qədər kodein olan preparatlar bu təsnifata aiddir.
Keçən il prezident Joe Biden baş prokuroru və səhiyyə katibindən çətənənin ikinci dərəcəli narkotik siyahısına daxil edilib-edilməməsi ilə bağlı araşdırmaya nəzarət etməyi xahiş etdi. Təklif çərşənbə axşamı "Səhiyyə və İnsan Xidmətləri Departamenti" (HHS) tərəfindən DEA-ya təqdim edilib. Bu proses çərçivəsində səhiyyə qurumu DEA-nın nəzərdən keçirilməsi üçün elmi və tibbi qiymətləndirmə aparmışdır.
Bu tövsiyə o deməkdir ki, çətənə "Nəzarət olunan Maddələr Qanunu"na əsasən tam siyahıdan çıxarılmayacaq. Bununla belə, çətənə həmin siyahıda 1-ci siyahıdan 3-cü siyahıya keçəcək. Bu, gələcək tədqiqatları asanlaşdıra və bank sektorunun bu sənayedə daha sərbəst fəaliyyət göstərməsinə şərait yarada bilər. Hal-hazırda, ABŞ-da əksər marixuana istehsalı müəssisələri bankların çətənə satışından əldə edilən pulları idarə etməsinə mane olan vergi qanunlarına görə nağd pulla işləmək məcburiyyətindədir.
Sorğular göstərir ki, amerikalıların əksəriyyəti narkotik vasitələrin leqallaşdırılmasını dəstəkləyir. Bütün Qərb Sahil ştatları və Vaşinqton, Kolumbiya dairəsi daxil olmaqla, 23 ştatda çətənə böyüklər tərəfindən istirahət məqsədilə istifadə üçün qanunidir. 38 ştatda isə çətənə tibbi istifadə üçün təsdiq edilmişdir.
Stopnarkotik.az