ABŞ-da silahlı şəxs insanlara atəş açdı: 22 ölü, 60 yaralı - YENİLƏNİB

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "dailymail" məlumat yayıb.

Bildirilib ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.

Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.

Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.

***09:45

Amerikanın Lyuiston şəhərində (Men ştatı - Qeyd) baş verən atışma nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.

Bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atışma yerli bar və boulinq meydançasında baş verib. Şübhəli şəxs hələ də azadlıqdadır.