ABŞ bu iranlının yerini deyən şəxsə 10 milyon dollar vəd etdi / FOTO

ABŞ İrana bağlı kiber casus haqqında məlumat verən şəxsə 10 milyon dollar mükafat təyin edib

Bu barədə ötən gün ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin yanında fəaliyyət göstərən “Ədalət üçün Mükafat” proqramının internet səhifəsində məlumat dərc edilib. 

İranın “Emennet Pasarqad” kiberşirkətinin İdarə Heyətinin üzvü Mustafa Sərmədi haqqında məlumat verən şəxsə 10 milyon dollar #mükafat veriləcəyi açıqlanıb.

Məlumata görə, Mustafa Sərmədi və şirkətin əməkdaşları 2020-ci ilin yay və payız aylarında kiberhücum kampaniyaları keçiriblər. Bildirilib ki, bu kiberhücumlar ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar amerikalı seçicilərə təsir etmək və onların etimadını zəiflətmək məqsədi daşıyıb.

Kibercasusun ABŞ-nin seçki məlumat bazasına sızdığı və bir sıra məlumatları əldə etdiyi vurğulanıb. O, ABŞ vətəndaşlarını qorxutmaq üçün təhdidlərlə dolu elektron poçtlar göndərib.

Qeyd olunub ki, “Emennet Pasarqad” şirkətində çalışan casus birbaşa SEPAH-a bağlıdır.

**