9 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

İyulun 5-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 metadon həbi aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.